AZ

Səhər raket hücumu ilə başladı

İrandan həyata keçirilən qisas əməliyyatından sonra çoxbaşlıqlı raket parçaları Təl-Əviv və ətrafındakı toplam beş şəhərdə 15 nöqtəyə düşüb.

Nəticədə 1-i ağır olmaqla, 2 nəfərin yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İranın qisasından sonra İsrailin Təl-Əviv şəhərində bazar gün boyu davam edən sükutun ardından bazar ertəsi səhər saatlarında sirenlər yenidən çalıb.

Yerli mətbuatın xəbərinə görə, İrandan atılan çoxbaşlıqlı raketin parçaları paytaxt Təl-Əviv və ətrafındakı beş şəhərdə 15 nöqtəyə düşüb.

Raket parçasının düşdüyü bəzi nöqtələrdə dağıntılar yaranıb, Petah Tikvada isə bəzi nəqliyyat vasitələrinin alovlandığı görülüb.

Səhiyyə rəsmilərinin verdiyi açıqlamaya görə, Təl-Əviv və ətrafını hədəf alan son qisas hücumunda 1-i ağır olmaqla 2 nəfər yaralanıb.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr