AZ

Errol Mask: Ceffri Epşteynin sağ olması ilə bağlı iddia irəli sürüb

Amerikalı sahibkar İlon Maskın atası Errol Mask maliyyəçi Ceffri Epşteynin sağ olması ilə bağlı iddia səsləndirib. O, bu fikri “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Errol Mask Epşteynin həbsxanada ölümü ilə bağlı rəsmi versiyanı şübhə altına alaraq, hadisə zamanı təhlükəsizlik kameralarının işləməməsi və nəzarətçilərlə bağlı sualların cavabsız qaldığını qeyd edib.

ABŞ Ədliyyə Nazirliyi isə bildirib ki, kamera görüntülərində 23:58:58-dən 00:00-dək olan 62 saniyəlik hissə texniki nasazlıq səbəbindən qeydə alınmayıb.

Ceffri Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik həmçinin bu ilin əvvəlində işlə bağlı 3 milyondan çox səhifə sənəd yayımladığını, materiallara istintaq məlumatları, fotoşəkillər və Epşteynin yüksək vəzifəli şəxslərlə yazışmalarının daxil olduğunu açıqlayıb.

Seçilən
2
anews.az

1Mənbələr