AZ

Bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Aprelin 6-sı saat 9:00 olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 santimetr, Qrızda 34 santimetr, Xınalıqda 22 santimetr, Qusarda 3 santimetr təşkil edir.

Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 390 faizini təşkil edir.

Azərbaycanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 94 (aylıq normanın 311 faizi), Qubada 83 (aylıq normanın 174 faizi), Xaltanda 74 (aylıq normanın 109 faizi), Xızıda 69 (aylıq normanın 95 faizi), Qusarda 69 (aylıq normanın 144 faizi), Şabranda 63 (aylıq normanın 209 faizi), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkirdə 17, Zaqatalada 16, Balakən, Qəbələdə 13, Qobustanda 12, Lerik, Şamaxıda 10, İsmayıllı, Neftçala, Goranboyda 8, Bərdədə 7, Mingəçevir, Yevlax, Ağdam, Naftalanda 6, Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuzda 4, Yardımlıda 3, Gəncə, Göyçay, Zərdab, Tərtərdə 2, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan, Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı və Şuşada 1 millimetrdir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 metrədək güclənir.

Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.

Seçilən
16
31
yeniazerbaycan.com

10Mənbələr