AZ

İrandan ŞOK İDDİA: "ABŞ öz əsgərlərini bombalayıb"

İran bildirib ki, vurulan ABŞ-a məxsus F-15E qırıcı təyyarəsinin pilotunu xilas etməyə gələn ABŞ nəqliyyat təyyarələri “İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və ABŞ öz əsgərlərini bombalayıb”.

Turkustan.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin döyüş əməliyyatlarını idarə edən bölməsi olan Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfiqari məsələ ilə bağlı açıqlama verib.

İran mediasının Xatəmül-Ənbiya Mərkəzi Qərargahına istinadən yaydığı məlumata görə, Zülfiqari bildirib: “ABŞ təyyarələri İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ABŞ öz əsgərlərini bombalayıb”.

O həmçinin qeyd edib ki, “ABŞ prezidenti Donald Tramp çətin vəziyyətdədir və ABŞ ordusunun məğlubiyyətini təbliğat səyləri ilə kompensasiya etmək mümkün deyil”.

Qeyd edək ki, ABŞ tərəfi İranda vurulduğu iddia edilən F-15E qırıcı təyyarəsinin itkin düşmüş ikinci pilotunu xilas etmək üçün əməliyyata başladığını açıqlamışdı.

Donald Tramp aprelin 3-də həmin pilotun da xilas edildiyini bildirmişdi.

Zülfiqari isə pilotun xilas edilməsi cəhdinin uğursuz olduğunu iddia edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
1
turkustan.az

2Mənbələr