AZ

Trampın hədəfində olan İranın 400 adası

ABŞ və İsrail İrana hücumlarını davam etdirdikcə, diqqət Hörmüz boğazına və onu əhatə edən stratejiİran adalarına yönəlib. İddiaya görə, ABŞ prezidenti Donald Tramp boğaza olan təzyiqi aradan qaldırmaq üçün Fars körfəzindəki İran adalarını işğal etməklə İranın bu addımına cavab verməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Middle East Eye" jurnalı məqalə dərc edib.

Məqaləyə əsasən, İranın Fars körfəzində müxtəlif ölçülü təxminən 400 adası var. Əksəriyyəti kiçik və yaşayışsız olsa da, bəziləri ölkə üçün həyati əhəmiyyət kəsb edir. İran adaları, xüsusən də enerji və turizm baxımından böyük strateji əhəmiyyətə malikdir.

Xark adası Fars körfəzindəki ən vacib adalardan biridir. İranın neft ixracının təxminən 90 faizi bu ada vasitəsilə həyata keçirilir. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən ciddi şəkildə qorunan adaya giriş-çıxış yalnız xüsusi icazə ilə mümkündür.

Fars körfəzindəki ən böyük ada olan Qeşm adasının sahəsi 1400 kvadrat kilometrdən çoxdur. 1979-cu il inqilabından sonra azad ticarət zonası elan edilən Qeşm də SEPAH üçün vacib bir nöqtədir. Adada sualtı qayıqlar, hücum qayıqları və sahil müdafiə sistemlərinin yerləşdiyi gizli bir "raket şəhəri"nin olduğu iddia edilir.

Seçilən
7
publika.az

1Mənbələr