AZ

Sumqayıtda TƏHLÜKƏ: Bıçaqlı şəxs azyaşlıları təhdid edir VİDEO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Sumqayıt şəhəri, 41-ci məhəllədə bıçaqlı şəxs azyaşlılara hücum edir.

Bu barədə Oxu.Az-a daxil olan şikayətdə qeyd olunub.

Şikayətçilərin sözlərinə görə, Şahhüseyn Qəmbərov adlı şəxs mütəmadi olaraq əlində bıçaqla həyətə çıxaraq azyaşlıları təhdid edir:

"Uşaqları həyətə buraxa bilmirik. Hər gün əlində bıçaqla gəzir, uşaqların üstünə gedir. Dəfələrlə polisə müraciət etmişik. Gəlib aparırlar, lakin qısa müddət sonra yenidən sərbəst buraxılır".

Sumqayıtda TƏHLÜKƏ: Bıçaqlı şəxs azyaşlıları təhdid edir - VİDEO

Sakinlər bildiriblər ki, sözügedən şəxs 2024-cü ildə azyaşlıya kəsici alətlə xəsarət yetirib:

"Daha sonra sərbəst buraxılıb. Özü tək yaşayır. Yaşadığı evi əxlaqsızlıq yuvasına çevirib, orada tez-tez narkotik istifadəçiləri toplaşırlar. İkinci təhlükəli hadisə baş vermədən bunun qarşısı alınmalıdır".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
5
oxu.az

8Mənbələr