AZ

Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq

Bakı. Trend:

Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarlatəmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesabediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququveriləcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfransformatında birgə iclasında müzakirə olunan “Yol hərəkəti haqqında”Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Qanun layihəsi “operativ nəqliyyat vasitələri” anlayışının yeniredaksiyada genişləndirilməsini nəzərdə tutur.

Belə ki, hazırda qüvvədə olan qanuna görə, operativ nəqliyyatvasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım,qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin vəfeldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinəyetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumunminatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaztədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatlarındaşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərindaşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərininmühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Millioperatora məxsus olan və poçtun daşınmasında istifadə edilən,üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınmanişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmişavtomobillərdir.

Təklif edilən dəyişikliyə əsasən, yanğından mühafizə, polis,təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobilmüfəttişliyinin və feldyeger funksional rabitəsi orqanınıntapşırıqlarının yerinə üzrə səlahiyyətli yetirilməsi, minatəmizləməfəaliyyəti qurumun minatəmizləmə əməliyyatlarında təcili vətəxirəsalınmaz tədbirlərinin həyata keçirilməsi və partlayıcısursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətliyüklərin daşınması, Respublikasının ali Azərbaycan vəzifəlişəxslərinin mühafizəsi vəzifələrinin icrası, poçt rabitəsinin millioperatoruna məxsus olan və poçtun daşınmasında istifadə edilməsi,prokurorluq orqanlarına məxsus olan və kriminalistikavadanlıqlarla təmin edilərək təxirəsalınmaz hadisə yerindəprosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşlarınhadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarıştədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan, üstündəxüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan,xüsusi işıq və səs siqnalları ilə təchiz edilmişavtomobillər operativ nəqliyyat vasitələri hesabediləcək.

Bu dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlıdövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinəyönəlib.

Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistikavadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bukateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəligəlir.

Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təminedilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsivə operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həminnəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqistatusa malik olması zərurəti yaranıb.

Qeyd olunan dəyişiklik hüquq-mühafizə orqanları arasındaqarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini,hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılmasıprosesinin artırılmasını təmin edəcək.

Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səssiqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətindəüstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlıqorunmasına xidmət edəcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən,xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçidüstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yolverilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyimütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə100 manat məbləğində cərimə edilir.

Seçilən
6
12
az.trend.az

5Mənbələr