Millimizin sabiq üzvü Ruslan Əmircanov 40 yaşında yenidən futbola qayıdıb.
Rekord.az xəbər verir ki, o, "Region Liqası"nda mübarizə aparan "Zəngəzur" komandasının heyətində meydançaya çıxıb.
"Zəngəziur" isə iddialıdır və II Liqaya yüksəlməyi hədəfləyir. Belə olan halda sual yaranır ki, Ruslan burada davamlı oynayacaqmı? Əldə etdiyimiz məlumata görə, Əmircanov peşəkar futbola qayıtmağı düşünmür. O, sadəcə, həvəskar kimi oynayacaq. Yəni "Zəngəzur" II Liqaya yüksəlsə Ruslan buradakı çıxışılarını dayandıracaq.