AZ

Onu öz klipimdə görməyi arzulayırdım Muradın arzusu çin oldu

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Murad Arif bir neçə gün öncə reper Orxan Zeynallı ilə "Üzr" adlı layihəsini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, klip iki gün ərzində iki yüz mindən artıq baxış sayı toplayıb.

Klipdə diqqət çəkən məqam isə Xalq artisti Səidə Quliyevanın rol almasıdır.

Murad Arif aktrisa ilə bağlı illər öncəki arzusunu dilə gətirib:

"Bizim hekayənin əsas qəhrəmanı, Xalq Artisti Səidə Quliyevaya təşəkkür etməliyəm! İllər öncə, hələ nə mahnı vardı, nə də Səidə xanımı şəxsən tanıyırdım, amma ürəyimdə onu öz klipimdə görməyi arzu etmişdim... Günlərin bir günü, bu nəğməni yazıb, bitirib və həyəcanla ona müraciət etdim.

Nəticədə, böyük aktrisamız bütün anaların taleyini yaşadaraq, bir klipi kino səviyyəsinə qaldırdı. Sonda axan göz yaşları isə qiymətsizdir..."

Aysel

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
azxeber.com

1Mənbələr