AZ

Tramp müharibə cinayətkarı kimi həbs edilə bilər?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi, ABŞ Prezidenti Donald Trampın İranın mülki infrastrukturuna hücum təhdidlərini həyata keçirəcəyi təqdirdə "super müharibə cinayətkarı" olacağını bildirərək, Tehranın hər hansı bir hücuma və ya təhdidə "dərhal və peşmanedici" cavab verəcəyini söyləyib.

"Cebheinfo.az" xəbər verir ki, Qaribabadi sosial media hesabından paylaşdığı mesajında ABŞ Prezidenti Trampın İranın mülki infrastrukturuna hücum təhdidləri də daxil olmaqla, ölkəyə qarşı hücumlarını dəyərləndirib.

İranın ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin aşkar şəkildə pozulması və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə görə təcavüz nümunəsi olduğunu qeyd edən Qaribabadi: 

"Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinə əsasən müharibə cinayəti sayılan enerji stansiyalarına və körpülərinə (mülki infrastruktur) hücum təhdidində bulunmaq və 1977-ci il Birinci Cenevre Protokolunun 52-ci maddəsinə uyğun olaraq, ABŞ Prezidenti ölkəsinin ən yüksək səlahiyyətli şəxsi kimi müharibə cinayətləri törətməklə açıq şəkildə təhdid etmişdir.

Bu hərəkət Beynəlxalq Cinayət Məhkəməsi və səlahiyyətli hər hansı bir milli məhkəmə qarşısında fərdi cinayət məsuliyyəti yaradacaqdır", - qiymətləndirməsini edib.

İranın özünümüdafiə tədbirlərinə davam edəcəyini vurğulayan Qaribabadi: "İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq hər cür hücuma və ya yaxın təhdidə qətiyyətli, dərhal və peşmanedici şəkildə cavab verəcəkdir.

ABŞ Prezidentinə təsirləri İranla məhdudlaşmayacaq bu təhdidləri reallaşdırmaqdan çəkinməsi tövsiyə olunur, əks halda adı tarixə super müharibə cinayətkarı kimi düşəcək", - ifadələrini işlədib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr