AZ

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026-cı ilin yanvar-fevral aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 154,8 milyard manatı, sayı isə 21,7 milyonu ötüb.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünə nisbətdə aparılan əməliyyatların məbləği 32,7 faiz artıb, sayı isə 22,4 faiz azalıb.

Cari ilin ilk iki ayında AZİPS vasitəsilə 311,7 min əməliyyat üzrə 146,1 milyard manat, XÖHKS vasitəsilə 16,3 milyon əməliyyat üzrə 8,036 milyard manat, AÖS ilə isə 5 milyon əməliyyat üzrə 717,8 milyon manat həcmində ödəniş həyata keçirilib.

Seçilən
13
vergiler.az

1Mənbələr