AZ

"ABŞ öz əsgərlərini bombaladı" - İrandan AÇIQLAMA

İran pilotu xilas etmək üçün gələn ABŞ hərbi yük təyyarələrinin "İran hava müdafiəsi tərəfindən vurulduğunu və ABŞ-nin öz əsgərlərini bombaladığını" - açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Silahlı Qüvvələrinin müharibə aparan birliyi Hatemül Enbiya Mərkəzi Qərargahının sözçüsü, albay İbrahim Zülfikarı İran tərəfindən vurulduğu iddia olunan ABŞ yük təyyarələri ilə bağlı açıqlamalar verib.

İran mətbuatının Hatemül Enbiya Mərkəzi Qərargahının açıqlamasına əsaslanaraq verdiyi xəbərə görə, Zülfikarı bildirib ki, "ABŞ təyyarələri İran hava müdafiəsi tərəfindən vuruldu və ABŞ öz əsgərlərini bombaladı".

Zülfikarı həmçinin, "ABŞ prezidenti Donald Trampın çətin vəziyyətdə olduğunu və ABŞ ordusunun məğlubiyyətinin təbliğat səyləri ilə örtülə bilməyəcəyini" - qeyd edib.

Seçilən
7
manset.az

1Mənbələr