AZ

Bakıda ağac avtomobilin üstünə aşdı - FOTOLAR

Dünən axşamdan başlayan güclü külək və yağış Bakıda və ətraf ərazilərdə fəsadlara yol açıb.

Paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində qırılan iri gövdəli ağac məhəllə sakininin şəxsi nəqliyyat vasitəsinin üzərinə aşıb.

Hadisə nəticəsində “Ford” markalı avtomobilə ziyan dəyib.

Lakin görünən odur ki, nə nəqliyyat vasitəsinin sürücüsünün, nə də yerli İcra Hakimiyyəti Orqanlarının hadisədən xəbəri var./Yeni Sabah

Seçilən
13
3
ekologiya.az

10Mənbələr