AZ

“Qarşıdakı hər oyun final kimi olacaq” – Vensan Abubakar 

“Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik. Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin hücumçusu Vensan Abubakar dünən baş tutan “Sumqayıt” görüşü (3:1) sonrası klubun kanalına deyib. Matçda fərqlənməyi bacaram kamerunlu forvard daha sonra belə davam edib:

“Tək hücumçu ilə oynayırdıq. Bu, asan deyil. Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik. Məşqlərdə bunun üzərində çox çalışırıq. Qarşıdakı hər oyun final kimi olacaq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək”.

Seçilən
56
6
idmanxeber.az

7Mənbələr