AZ

Uşaqlara bıçaqla hücum edən yaşlı kişi kimdir?

Sumqayıt şəhəri, 41-ci məhəllədə bıçaqlı şəxs azyaşlılara hücum edir.

Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a daxil olan şikayətdə qeyd olunub.

Şikayətçilərin sözlərinə görə, Şahhüseyn Qəmbərov adlı şəxs mütəmadi olaraq əlində bıçaqla həyətə çıxaraq azyaşlıları təhdid edir:

"Uşaqları həyətə buraxa bilmirik. Hər gün əlində bıçaqla gəzir, uşaqların üstünə gedir. Dəfələrlə polisə müraciət etmişik. Gəlib aparırlar, lakin qısa müddət sonra yenidən sərbəst buraxılır".

Sakinlər bildiriblər ki, sözügedən şəxs 2024-cü ildə azyaşlıya kəsici alətlə xəsarət yetirib:

Seçilən
3
4
publika.az

8Mənbələr