AZ

SON DƏQİQƏ: SEPAH-ın Kəşfiyyat rəhbəri ÖLDÜRÜLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının rəhbəri general Seyid Məcid Xadəmi öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi SEPAH-ın İctimaiyyətlə Əlaqələr idarəsinə istinadən məlumat yayıb.

Seyid Məcid Xadəmi bu gün səhər tezdən, ABŞ-İsrail koalisiyasının həyata keçirdiyi hücum nəticəsində öldürülüb.

O, İranda nüfuzlu generallardan biri hesab olunurdu.

“Seyid Məcid Xadəmi təxminən yarım əsr ərzində inqilabın və dövlətin müdafiəsi yolunda kəşfiyyat və təhlükəsizlik sahəsində cəsarətli fəaliyyəti ilə xidmətlər göstərmişdir. Onun fəaliyyəti uzun illər ölkənin kəşfiyyat strukturları üçün, xüsusilə xarici düşmənlərin strateji planları və ölkə təhlükəsizliyinə qarşı təhdidlərlə mübarizədə yol göstərici olacaq”, – deyə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi bəyan edib./moden.az/

Seçilən
9
nocomment.az

1Mənbələr