AZ

Meyvə tərəvəz rəflərinin arxasına güzgü qoyulmasının gizli səbəbi varmış

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Market və tərəvəz dükanlarında rəflərin arxasına yerləşdirilən güzgülər sadə dekorasiya deyil, müştəri psixologiyasına hesablanmış strateji gedişdir. Optik illüziya yaradan bu üsul rəfdəki məhsulların həcmini iki qat çox göstərərək alıcıda bolluq təəssüratı yaradır.Araşdırmalar sübut edir ki, insanlar məhsulun çox olduğu rəflərə daha çox etibar edir və ordan alış-veriş etməyə meyilli olurlar.Güzgülərin digər funksiyası isə işığı əks etdirərək məhsulları daha cəlbedici göstərməkdir. Xüsusilə yaşıl tərəvəzlər və parlaq meyvələr artan işıq sayəsində daha təravətli və iştahaçan görünür. Bu vizual effekt müştərinin məhsulu daha yeni və keyfiyyətli qavramasına kömək edir.Mağazanın ümumi sahəsində dərinlik yaradan bu güzgülər həm də məkanı olduğundan geniş göstərir. Eyni zamanda rəf aralarında görünüş bucağını genişləndirən bu sistem mağaza personalına təhlükəsizlik nəzarətini asanlaşdırmağa imkan verir. Pərakəndə satış sektorunda geniş yayılan bu üsul birbaşa satış həcminin artırılmasına xidmət edir.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr