AZ

Naxçıvanda 506,2 hektardan çox sahədə kartof əkini aparılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 6 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 2026-cı ilin yazlıq əkin tədbirləri çərçivəsində kartof əkini işləri davam etdirilir. Cari təsərrüfat ilində bu günədək ümumilikdə 506,2 hektardan çox sahədə kartof əkini aparılıb, həmin sahələrin 300 hektarı müasir suvarma sistemləri ilə təmin olunub.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ümumi kartof əkin sahələri üzrə Şərur rayonu yüksək göstəricilərlə seçilir. 2026-cı il üçün rayon üzrə pay torpaqlarında, ümumilikdə 2152 hektar yazlıq əkin sahəsi proqnozlaşdırılıb. Hazırda rayonda 476,2 hektar sahədə kartof əkini aparılıb, əkin prosesi isə davam etməkdədir. Cari ildə rayon üzrə kartof əkin sahəsinin ümumi həcminin 630 hektarı ötəcəyi proqnozlaşdırılır. Mövcud istehsal göstəricilərinə əsasən, hər hektardan orta hesabla 50–55 ton məhsul əldə olunması gözlənilir.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
azertag.az

1Mənbələr