AZ

İlon Maskın atası: "Ceffri Epşteyn sağdır və buna şübhə yoxdur"

"ABŞ-li maliyyəçi Ceffri Epşteyn hələ də sağdır".

Bu barədə milyarder İlon Maskın atası Errol Mask "RIA Novosti"yə verdiyi müsahibədə bildirib.

"O, mütləq sağdır... Buna şübhə yoxdur", - deyə o bildirib.

Maskın sözlərinə görə, Epşteynin həbsxana kamerasında başına gələnlərlə bağlı irəli sürülən rəsmi versiya inandırıcı görünmür, çünki sual doğuran bir məqamlar mövcuddur. O xatırladıb ki, hadisə baş verən zaman cəzaçəkmə müəssisəsindəki təhlükəsizlik kameraları söndürülüb, mühafizəçilər isə yatmış olublar. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təhlükəsizlik görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-dək) ​​yoxdur. Bu, videoyazı sistemindəki texniki problemlərlə izah edilib.

Xatırladaq ki, Epşteyn 2002-2005-ci illər ərzində onlarla yetkinlik yaşına çatmayan qızı Manhettendəki (Nyu-York) evinə və şəxsi adasına gətirməkdə ittiham olunurdu. İstintaq zamanı zərərçəkənlərdən ən kiçiyinin cəmi 14 yaşında olduğu müəyyən edilib. 2019-cu ilin avqustunda maliyyəçi kamerasında yarıhuşsuz vəziyyətdə tapılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Fevralın əvvəlində ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə və cinsi istismarda təqsirləndirilən Epşteynin işi üzrə 3 milyon səhifədən çox sənədi ictimaiyyətə açıqlayıb. Sənədlər paketinə məşhur şəxslərin fotoşəkilləri, istintaq materialları, eləcə də Epşteynin bir çox yüksəkvəzifəli şəxslər və iş adamları ilə yazışmaları daxildir. Sənədlərdə adı hallanan bütün şəxslər cinsi zorakılıqda iştiraklarını təkzib edirlər. Buna baxmayaraq, bir çoxları Epşteynə ilk dəfə ittiham irəli sürüldükdən sonra belə onunla dostluq əlaqələrini qoruyub saxlayıb və ya yenidən bərpa ediblər.
Seçilən
9
7news.az

1Mənbələr