"Neftin və qazın qiymətinin bahalaşmasının fundamental iqtisadi təməl səbəbləri yoxdur. Burada yeganə səbəb müharibədir".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, nə vaxt müharibə dayanacaqsa, həmin vaxt qiymətlərin kəskin şəkildə və bir neçə gün ərzində hətta 90 dollardan aşağı düşməsi gözlənilir
"Məsələn, 2007-2008-ci illərdə bugünkü gündən daha baha qiymətlər idi. Neftin qiyməti 148 dollara çatmışdı. Çünki hasilat ilə bağlı problem var idi. Yəni, neft hasil edən ölkələr neftin hasilatını azaltmışdı, tələb çox idi. İndi isə hasilatla bağlı problem yoxdur. Daşınma ilə bağlı problem var. Daşınma isə müharibəyə görə problemə çevrilib. Müharibə bitən kimi neftin qiymətində azalmaların şahidi olacayıq".
Anar Kəlbiyev