AZ

10 nəfərdən külli miqdarda rüşvət alan vəzifəli şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaqbağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dairrayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaqyekunlaşıb.

Bu barədə Trend-ə Zaqatala rayon prokurorluğundan məlumatverilib.

Bildirilib ki, istintaq zamanı Lətifə Hasilovanın qeyd olunanvəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbulolunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pulvəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlartörətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar vəkülli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elanolunub.

Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktıilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.

Məqalədə:
Seçilən
27
22
az.trend.az

10Mənbələr