AZ

"İran ölkənin enerji infrastrukturuna edilən istənilən hücuma qətiyyətlə cavab verəcək" -Əraqçi

İranın silahlı qüvvələri ABŞ və ya İsrailin İranın enerji infrastrukturuna qarşı hər hansı bir hücumuna qətiyyətli və hərtərəfli cavab verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Məlumatda bildirilib ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında bildirib.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti teleqram üzərindən Əraqçinin sözlərini sitat gətirib:

“Belə bir təhdid, mahiyyət etibarilə, müharibə cinayətlərini və soyqırımı qanuniləşdirmək cəhdidir. Əgər bu həyata keçirilərsə, İran silahlı qüvvələri şübhəsiz ki, qətiyyətli və hərtərəfli cavab verəcək”.

Əraqçi Fransa xarici işlər nazirinə bildirib ki, İranın enerji infrastrukturuna hücumlar qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olacaq.

O vurğulayıb ki, “belə bir vəziyyətin nəticələri yalnız İran və regionla məhdudlaşmayacaq, onlar qlobal enerji sektoruna və iqtisadiyyatına dağıdıcı təsir göstərəcək. Və təcavüzkarlar bunun üçün tam məsuliyyət daşıyacaqlar”.

Aminə ŞAHSUVARQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr