AZ

Beyləqan rayonunda yol qəzası baş verib

BEYLƏQAN, 6 aprel. TELEQRAF

Beyləqan rayonunda yol qəzası baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə,Zamiq Eminovun idarə etdiyi "Hyundai" markalı avtomobil hərəkətdə olarkən Orxan Əhmədovun "Daewoo" markalı avtomobillə toqquşub.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 5 aprel 2026-ci il tarixində saat 09:00 radələrində Ağcabədi rayon Avşar kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
5
teleqraf.com

1Mənbələr