AZ

ABŞ–İran danışıqları: 45 günlük atəşkəs üçün diplomatik səylər artır

ABŞ, İran və regional vasitəçilər davamlı razılaşmaya doğru danışıqlara imkan vermək üçün 45 günlük atəşkəsin şərtlərini müzakirə ediblər.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən "Axios" xəbər platformasının məsələ ilə tanış olan dörd mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ, İran və regional vasitəçilər 45 günlük atəşkəs rejimini təmin etmək üçün səylərini davam etdirirlər.

Mənbələr 48 saat ərzində razılığa gəlməyin mümkün olmadığını, lakin bu təşəbbüsün müharibənin daha da şiddətlənməsinin qarşısını almaq üçün son şans kimi qəbul edildiyini bildirdilər.

Vasitəçilərin tərəflərlə iki mərhələli razılaşmanın şərtlərini müzakirə etdiyini iddia edən mənbələr, birinci mərhələnin 45 günlük atəşkəsi nəzərdə tutduğunu və bu müddət ərzində daimi razılaşma üçün danışıqların aparılacağını bildiriblər.

Mənbələr bu danışıqların Türkiyə, Misir və Pakistandan olan vasitəçilər və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov ilə İran xarici işlər naziri Abbas Əraqçi arasında mübadilə edilən mesajlar vasitəsilə aparıldığını bildiriblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr