AZ

Qubada sürüşmə baş verən yol belə təmizlənir VİDEO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qubada son iki gündə müşahidə olunan güclü yağışlar əsasən yol-nəqliyyat infrastrukturuna ziyan vurub.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quba–Xınalıq yolunun 37–40-cı kilometrliyində torpaq sürüşməsi və qaya axını qeydə alınıb. Hazırda Quba 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları yolun təmizlənməsi işlərini davam etdirirlər.Quba–Qonaqkənd yolunun da bir neçə hissəsində sürüşmə baş verib və yol örtüyü zədələnib. Əraziyə Quba 11 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlərə başlanılıb.

 

Rayonun Zərqava kəndinə gedən yol isə tamamilə bağlanıb. Fəsadların aradan qaldırılması üçün ərazilərə onlarla ağır texnika cəlb edilib.

Məlumatı Quba Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov təsdiqləyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
bizim.media

2Mənbələr