AZ

Azərbaycanı şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək

Azərbaycanı Polşanın Katovitse şəhərində təşkil ounacaq şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti açıqlayıb.

Qitə çempionatında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaqlar.

Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq. Aprelin 7-də startı veriləcək mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edəcək.

Qeyd edək ki, qitə çempionatı 11 turdan ibarət olacaq. Yarışa aprelin 19-da yekun vurulacaq.

Şahmat federasiyasından yeni layihə

Ölkə çempionatının final mərhələsinin açılış mərasimi keçirilib

Ülviyyə Fətəliyeva Özbəkistanda beynəlxalq turnirin qalibi olub

Ülviyyə Fətəliyeva ölkə çempionu oldu - KARYERASINDA İLK DƏFƏ

Azərbaycan çempionu bəlli oldu

Seçilən
3
9
apasport.az

10Mənbələr