Prosesin sonunda İranın ABŞ-ın tələbləri ilə razılaşacağı ehtimalı yüksəkdir. Mümkün nəticələri düzgün hesablayan qüvvələr isə İranın tam dağılmasından ehtiyatlanaraq artıq açıq dialoqa üstünlük verir. Keçmiş prezident Həsən Ruhani və keçmiş xarici işlər naziri Cavad Zərif də müharibənin dayandırılmasının, ABŞ-la danışıqların və İranın bərpasının vacibliyini vurğulayırlar. Bu, artıq İranın məğlubiyyətinin yaxınlaşdığını göstərir. Həm də məğlubiyyətin rəsmiləşmısini. İranın keçmiş diplomatı Hamid Aboutalebi də İranla ABŞ arasında dialoqun vacibliyini qeyd edib.
Hələ müharibəyə qədər Kayhan Barzegar qeyd edib ki "Hörmüzün qapadılması İranın asimmetrik strategiyasının tərkib hissəsi kimi Qərb üçün real təhdiddir." Eləcə də ərəb Emile Hokayem Hörmüzün qlobal enerji təhlükəsizliyində "boğaz nöqtəsi" (chokepoint) olduğunu və hərbi eskalasiyada ilk hədəflərdən biri olacağını yazırdı.
Hazırda İran maksimum dərəcədə Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Lakin Hörmüz boğazında məhdudiyyət tətbiqi ABŞ-ı İrana qarşı koalisiyanı rədd edən Avropa ölkələrini indi özləri müstəqil şəkildə boğazın açılması üçün birlik yaratmağa məcbur edir. Hörmüz boğazı artıq körfəz olkələrinin suverenliyini məhdudlaşdıran bir vasitə kimi, ciddi bir maneyə çevrilib. Nəticədə Hörmüz boğazı özü İranın bir silah kimi əlindən alınmasını, boğaza çıxışınının qapadılmasını şərtləndirir. Beləliklə, müharibənin dayandırılması, rejimin buraxılması və İranın qorunub saxlanması üçün ABŞ-la dialoq aparılması bu ölkənin xilasına xidmət edə bilər.
SEPAH-ın birbaşa danışıqlardan imtina etməsi İranın məhv edilməsinə yönəlmiş qüvvələri birləşdirməyə məcbur edir. SEPAH-ın geri çəkilməməsi isə suallar doğurur və bəzi versiyalara görə, bu, İsrail kəşfiyyatının təsiri ilə baş verə bilər; İsrail öz qarşısına qoyduğu İranın məhv proqramını tamamlamağı hədəfləyir. Bu vəziyyətdə ABŞ və İsrail arasında fikir ayrılığı da görünür. Fərqli nəticələri hədəfləyən tərəflər indiki vəziyətdə müharibənin davamı birbaşa İsrailin strateji maraqlarına xidmət edir. Bugünkü vəziyyət göstərir ki, SEPAH-ın davam edən mövqeyi İsrailin strateji təsir dairəsinə daxil olmaqla, onun maraqlarına yaxınlaşmasına və bunu şərtləndirməsinə imkan yaradır.
İndiki vəziyyətdə SEPAH-ın dirənişi İranın bütöv dövlət kimi mövcudluğunu qorumağa xidmət etmir və ölkəni ABŞ-ın təşəbbüslərinə qoşulmayan dövlətləri də koalisiyaya daxil etməyə məcbur edir. Artıq İran üçün strateji olaraq dayanmaq və danışıqlara keçid dövlətin taleyinin mümkün ağır nəticələrdən qorumaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31