BAKI, TurkicWorld, Orxan Qədirzadə
Küveyt Səhiyyə Nazirliyi ölkənin şimalında yerləşən yaşayış məntəqəsinin İran tərəfindən hərbi təcavüzə məruz qalması nəticəsində mülki şəxslərin xəsarət aldığını elan edib.
TurkicWorld xəbər verir ki, Nazirliyin rəsmi bəyanatında bildirilir ki, ölkənin şimal hissəsindəki yaşayış zonasına İranın atdığı mərmilər və raket qəlpələrinin düşməsi barədə məlumatlar daxil olub.
Yaralıların dərhal xəstəxanalara təxliyə edildiyi və onlara lazımi tibbi yardımın göstərildiyi bildirilir.
Küveyt rəsmiləri hadisəni mülki əhalinin təhlükəsizliyinə birbaşa təhdid və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriblər. Bu hücum ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı əməliyyatları fonunda Tehranın regiondakı qonşu dövlətləri hədəf almaq siyasətinin bir hissəsi hesab olunur.