AZ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Azərbaycanın Mərkəzi Bankı icbari avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət sığortası qaydalarına dəyişikliklər edib.

Əsas yenilik sığorta tariflərinin hesablanması mexanizminin risklər nəzərə alınmaqla yenidən qurulmasıdır. Xüsusilə, intensiv istismar səbəbindən yol-nəqliyyat hadisələrində daha çox iştirak edən taksilər üçün ayrıca artırılmış əmsallar tətbiq olunacaq.

Qurumdan bildirilib ki, bu dəyişikliklər bazar təhlili və beynəlxalq təcrübəyə əsaslanır. Məqsəd risklərin daha dəqiq qiymətləndirilməsi, sürücülərin intizamının artırılması və yol qəzaları zamanı üçüncü şəxslərin müdafiəsinin gücləndirilməsidir.

Avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.

Taksi sürcüləri neçə manat sığortahaqqı ödəməli olacaqlar?

Məsələ aydınlıq gətirən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Bizim.Media-ya deyib ki, daha əvvəllər bütün minik avtomobillərinə icbari sığorta növü üzrə eyni cür yanaşma var idi:

“Bundan sonra isə sırf taksi xidməti üçün istifadə edilən avtomobillərin icbari sığortası zamanı əlavə ödəniş tələb olunacaq. Yəni sığorta haqqı 1,5 əmsalla hesablanacaq. Əvvəllər taksilər üçün icbari sığorta haqqı hesablanarkən hətta sürücünün yaşı, sürücülük təcrübəsi, avtomobilin buraxılış ili, avtomobilin qeydiyyatda olduğu ünvan, etibarnamələrin sayı və digər kriteriyalara görə əmsallar var idi. Artıq taksi fəaliyyətinə görə də bir kriteriya müəyyən edilib. Bu da 1.5 əmsalıdır.

Əgər əvvəllər taksi sürücüsü 100 manat icbari sığorta haqqı ödəyirdisə, bundan sonra 150 manat ödəniş etməli olacaq.

Bu təbii ki, rəsmi qeydiyyatda olan taksi sürücülərinə aiddir. Hansı ki, onun müvafiq sənədləri var və taksi fəaliyyəti ilə məşğuldur. Rəsmi qeydiyyatda olamayan, ancaq taksi fəaliyyəti ilə məşğul olanları isə sistem tanımayacaq və 1 əmsalla götürəcək”.

Seçilən
6
2
turkustan.az

3Mənbələr