Bakı. Trend:
Sumqayıtda dəm qazından zəhərlənən beş uşağın hazırki vəziyyətiaçıqlanıb.
Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya MərkəzindənTrend-ə verilənməlumata əsasən, dörd uşağın müalicəsi Sumqayıt Tibb MərkəzininUşaq Xəstəxanasında davam etdirilir.
"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyasıdiaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adınaUşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli)isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağırstabil qiymətləndirilir", - məlumatda bildirilib.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəmqazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanadaölüb.