AZ

ABŞ ilə İran arasında 45 günlük atəşkəs elan olunur?

Son günlərdə ABŞ və İran arasında danışıqlar aparılacağına dair iddialar sürətlə yayılır.

Düzdür, hazırda bu danışıqlar vasitəçi ölkələrlə aparılır. Lakin real görüş variantı da istisna olunmur. Hətta tərəflərin 45 günlük atəşkəsin şərtlərini müzakirə etdiyinə dair iddialar da yayılıb.

Maraqlıdır, ABŞ və İran arasında atəşkəs əldə oluna bilərmi? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Mətin Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, beynəlxalq mediada atəşkəs məsələsinin müzakirəsi geniş yer alıb: 

395870

“Hətta ABŞ Prezidenti Donald Tramp da bəyan edib ki, danışıqlar aparılır və bu gün mövcud vəziyyət baxımından kritik gün hesab oluna bilər. Yəni tərəflər arasında müəyyən razılaşmanın əldə olunması ehtimalı var. Həmçinin, Tramp İrana çərşənbə axşamına qədər də vaxt verib”.

M.Məmmədli qeyd edib ki, hazırkı mərhələdə tərəflərin razılığa gəlməsi ehtimal olaraq qalır:

“Lakin onların mövqeləri arasında ciddi fərqlər mövcuddur ki, bu da razılığın əldə olunmasını xeyli çətinləşdirir. Danışıqlar region dövlətlərinin vasitəçiliyi ilə aparılır. Bu ölkələr müharibənin dayandırılması və atəşkəsin elan olunması üçün çalışsalar da, tərəflər arasındakı fikir ayrılıqları kompromis əldə etməyə mane olur”.

Günel Cəlilova

Seçilən
20
hit.az

1Mənbələr