AZ

Milli komandanın 7 futbolçusu yoxa çıxdı

Eritreya millisinin 7 futbolçusu Esvatini ilə oyundan sonra yoxa çıxıb.

Publika.az xəbər verir ki, hadisə Afrika Millətlər Kuboku-2027-in seçmə mərhələsi çərçivəsində baş verib.

Oyun Cənubi Afrika Respublikasında baş tutub və Eritreyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lakin bundan sonra yığmanın 7 futbolçusu vətənə qayıtmayıb.

Qeyd edək ki, həmin oyunçuların hamısı yerli klublarda çıxış edirdi.

Seçilən
26
publika.az

1Mənbələr