AZ

ABŞ və İsrail İranın enerji infrastrukturunu bombalamaq üçün plan hazırlayıblar

ABŞ və İsrail hərbçiləri İranın əsas enerji infrastrukturunu məhv etməyə yönəlmiş genişmiqyaslı birgə hücumlar planını yekunlaşdırıblar. Oxuməni.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat verib.

Nəşrin mənbələri əlavə edib ki, yekun hərbi planın icrası Vaşinqtonun İranla danışıqlarda ilkin razılığa gəlmək üçün müəyyən etdiyi son tarixə qədər təxirə salınır.

5 apreldə “Axios”-a verdiyi müsahibədə ABŞ prezidenti Donald Tramp bildirib ki, 7 aprelə qədər İranla razılaşma bağlamaq ehtimalı yüksəkdir. Daha əvvəl "Truth Social"da o, İranın 6 aprelə qədər Hörmüz boğazını açmaması halında enerji və mülki infrastruktur obyektlərinə zərbə endirəcəyi ilə hədələmişdi. Eyni zamanda, “Axios”-un qeyd etdiyi kimi, Amerika lideri İranla mümkün razılaşma bağlamaq üçün son tarixi 24 saat uzadıb.

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. Ağ Ev hücumu guya Tehrandan gələn raket və nüvə təhdidlərinə istinad edərək haqlı çıxarıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan etdi. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəfləri də vuruldu.

Almaz Həsənli

Seçilən
15
oxumeni.az

1Mənbələr