AZ

Dünyanın ilk hidrogenlə işləyən PUA-sı Çində sınaqdan keçirildi

Yazını böyüt
Yazını kiçilt

Çində hazırlanmış meqavatt sinifli hidrogen mühərriki ilə işləyən 7,5 tonluq pilotsuz yük təyyarəsi olan AEP100-ün dünyada ilk uçuşu Hunan əyalətində baş tutub.

Hafta.az yazır ki, layihə Çin Aero Engine Corporation (AECC) tərəfindən hazırlanıb. Şirkətin məlumatına görə, 16 dəqiqəlik sınaq gözlənildiyi kimi aparılıb. Güc aqreqatı bütün uçuş mərhələlərində sabit performans nümayiş etdirib.

Sınaq zamanı yük dronu 300 metr hündürlükdə 36 kilometr məsafə qət edərək saatda 220 kilometr sürətə çatıb. Manevr proqramını tamamladıqdan sonra təyyarə təhlükəsiz eniş edib.

AECC vurğulayıb ki, sınaqların uğuru Çində hidrogenlə işləyən təyyarə mühərriklərində tam texnoloji dövrün inkişafını təsdiqləyir. Bu addım aviasiyada hidrogen enerjisinin sənaye tətbiqinin əsasını qoyur.

Sənaye mütəxəssisləri "yaşıl" hidrogenin qiyməti düşdükcə, bu cür mühərriklərin səmərəlilik və enerji təhlükəsizliyi baxımından rəqabətədavamlı olacağını gözləyirlər.

Daha əvvəl Çində hibrid mühərrikli dünyanın ilk ağır yüklü dronunu sınaqdan keçirilib.

Seçilən
39
2
hafta.az

3Mənbələr