AZ

Təbrizdə güclü partlayış – ABŞ və İsrail aviasiyası strateji zavodu hədəf aldı

İranın şimal-qərbində yerləşən Təbriz şəhərinin qərb hissəsində, Qaraməlik rayonunda bu gün — 6 aprel 2026-cı il tarixində, yerli vaxtla səhər saat 09:00 radələrində güclü partlayış baş verib.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, partlayış Təbriz Neft-Kimya Kompleksinin (Tabriz Petrochemical Complex) sənaye zonasına endirilən hava zərbəsi nəticəsində meydana gəlib.

Şahidlərin bildirdiyinə görə, zərbə nəticəsində Qaraməlik rayonundakı sənaye müəssisələrindən birində güclü yanğın başlayıb və şəhərin üzərini qatı tüstü dumanı bürüyüb. Yerli krizis idarəetmə mərkəzlərinin məlumatına görə, Təbrizə endirilən son zərbələr nəticəsində ən azı 6 nəfər həlak olub, onlarla yaralı var.

Təbriz Neft-Kimya Şirkətinin rəsmi bəyanatında yanğının nəzarətə alındığı bildirilsə də, müəssisənin istehsalat gücünə ciddi ziyan dəydiyi vurğulanır. Bu hücum Donald Trampın İrana verdiyi və bu gün bitən ultimatum müddəti ilə eyni vaxta təsadüf edərək, Vaşinqtonun sülh danışıqları fonunda hərbi təzyiqi azaltmayacağı mesajı kimi qiymətləndirilir.

Hazırda Təbrizin qərb girişində hərəkət məhdudlaşdırılıb, təhlükəsizlik qüvvələri Qaraməlik rayonunda gücləndirilmiş iş rejiminə keçib və sakinlərdən strateji obyektlərin yaxınlığında toplaşmamaq tələb olunur.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr