AZ

Ərəblər İrana niyə CAVAB vermir? – Körfəz ATƏŞ altında

İran müharibə başlayandan körfəz ölkələrinə hücum edir. Bu hücumlar əsasən ərəb dövlətlərində yerləşən ABŞ hərbi bazalarını hədəf alsa da, mülki və enerji sektoruna da zərbələr dəyir. Misal üçün, Küveytdə zərbələr nəticəsində hökumət kompleksinə ciddi ziyan dəyib. Bundan başqa, Əş-Şüveyxə neft yatağında da yanğınlar baş verib. Həmçinin, Qətər, Bəhreyn, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı hücumlarla üzləşir.

Maraqlıdır ki, ərəb dövlətləri İrana cavab zərbələri endirmir. Bunun səbəbi nədir? ABŞ bazalarının körfəz ölkələri üçün təhlükəsizlik çətiri olduğu mifi dağıldımı?

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlunun fikrincə, körfəz dövlətlərinin İrana qarşı hərbi əməliyyatlara qoşulmaması bir neçə amillə bağlıdır:

“Birincisi, İran bu ölkələrə qarşı hərbi əməliyyatlara başlamadığını rəsmi şəkildə elan edib. Hətta bəzi hallarda üzrxahlıq edib. İranın bu bölgədə hədəfə aldığı obyektlər əsasən ABŞ və müttəfiqlərinin hərbi bazaları, eyni zamanda, Qərbin iri şirkətləri və gəmiləri, əsasən neft tankerləridir. Ərəb ölkələrinə məxsus neft terminalları, neft və qaz zavodları isə yalnız Qərbə qarşı sabotaj məqsədilə vurulur”.

Siyasi

Onun fikrincə, ikincisi, əgər ərəb dövlətləri İrana qarşı hərbi əməliyyatlara qoşulsa, o zaman həm öz xalqları, həm də müsəlman dünyasının qınağı ilə üzləşə bilər:

“Çünki müsəlman ölkələrinin ictimaiyyəti İranı dəstəkləyir, onu işğala və təcavüzə məruz qalmış ölkə kimi dəstəkləyir. Üçüncüsü, İranın cavab ehtimalıdır. Hər kəs anlayır ki, indiki müharibə şəraitində İrana qarşı çıxmaq sərt cavab zərbəsinə səbəb ola bilər. İsrailin mükəmməl hava hücumlarından müdafiə sistemini dələn İran körfəzin hərbi və strateji enerji infrastrukturunu da məhv edə bilər. Bu isə daha ağır zərər və itkilər deməkdir. Yəni həm siyasi, həm mənəvi, həm də hərbi baxımdan İrana qarşı cəbhə açmaq körfəz ölkələri üçün əlverişli deyil”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr