AZ

İlk oyununa çıxdı: Məhəllədə coşqu ilə qarşılandı - VİDEO

İspaniyalı gənc futbolçu İbay Aqirre məhəlləsində coşqu ilə qarşılanıb.

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb onun komandası “Real Sosyedad”ın heyətində ilk oyununu keçirməsidir. 

Belə ki, o, La Liqanın 30-cu turunda “Levante”yə 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada meydana daxil olub. İbay Aqirre 85-ci dəqiqədə əvəzetmədən oyuna girib. 

Matçdan sonra isə 19 yaşlı yarımmüdafiəçi məhəlləsinə qayıdıb və orada atəşfəşanlıqla qarşılanıb. 

"Cebheinfo.az"

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr