AZ

"AzerGold"un ixrac gəliri 42%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında “AzerGold” QSC 30,9 milyon ABŞdolları dəyərində məhsul ixrac edib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayınaistinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1milyon ABŞ dolları və ya 41,7% çoxdur.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edəndövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıqedir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:"SOCAR POLYMER" MMC,"AZƏRALÜMİNİUM" MMC, Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin "Marketinq Və İqtisadi Əməliyyatlar"İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,AzərbaycanRespublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Socar Cape"MMC,"Sənayecihaz" EİM,"İstisu" Mineral Su Zavodu" MəhdudMəsuliyyətli Cəmiyyəti,"Qaradağ Şüşə Zavodu" ASC.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü iləmüqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr