İsrail ordusunun mətbuat xidməti ötən gecə Tehranda keçirilən nöqtə əməliyyatı nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri Məcid Xadəminin öldürüldüyünü təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, Xadəmi SEPAH-ın ən mühüm komandirlərindən biri hesab olunurdu. O, İranın ali rəhbərliyi üçün kəşfiyyat məlumatlarının toplanmasına, dünya miqyasında İsrail və yəhudilərə qarşı terror aktlarının təşkilinə, həmçinin ABŞ hədəflərinə qarşı sui-qəsd cəhdlərinə cavabdehlik daşıyırdı.
Bundan əlavə, öldürülən generalın İran daxilindəki etirazlar zamanı vətəndaşların təqib olunması və repressiyaların təşkilində də əsas fiqurlardan biri olduğu qeyd edilir.
Sara,
NOCOMMENT.az