“Tehran müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmayacaq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın yüksək vəzifəli rəsmisi “Reuters” agentliyinə bildirib.
"Tehran müvəqqəti atəşkəs'müqabilində Hörmüz boğazını açmayacaq", - deyə rəsmi bildirib.
O, həmçinin Pakistanın atəşkəs təklifini aldığını təsdiqləyərək, onun öyrənildiyini qeyd edib.
Rəsminin sözlərinə görə, İran müəyyən edilmiş müddət ərzində qərar qəbulu üçün təzyiqi qəbul etməyəcək.
O, həmçinin qeyd edib ki, Tehran Vaşinqtonun daimi atəşkəsə hazır olmadığına inanır.