AZ

Azərbaycanın karbamid ixracından gəliri azalıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 21,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

TurkicWorld bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 milyon ABŞ dolları və ya 39,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.

Seçilən
16
4
turkic.world

5Mənbələr