"İrandan Naxçıvana dron hücumu edilməsi ilə bağlı məsələ ilə bağlı danışıqlar aparıldı. Düşünürəm ki, iki ölkə prezidentləri və xarici işlər nazirləri arasında aparılan danışıqlar anlaşılmazlıqları aradan qaldırdı".
APA-nın İran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirdiyi mətbuat konfransında deyib.
İsmayıl Bəqayi bildirib ki, Türkiyə ilə bağlı da eyni məsələ olub: "Biz Türkiyəyə bildirdik ki, İrandan heç bir atəş olmayıb.
Ona görə də düşünürəm ki, iki ölkə arasında anlaşma mövcuddur. Əgər bir məsələ var idisə belə, aparılan danışıqlardan sonra həll olunub".