AZ

Daşınmaz əmlakın icbari sığortasında yığımlar kəskin səviyyədə azalıb

Cari ilin yanvar-fevral aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 5 milyon 56 min manat sığorta haqqı toplanıb. 

Valyuta.az xəbər verir ki, bu sığorta növü üzrə əldə olunan yığımlarda 14 milyon 422 min manat və ya 74,04% azalma müşahidə edilib.

Qeyd edək ki, ötən ilin eyni dövründə sözügedən sığorta yığımlarından əldə olunan məbləğ 19 milyon 478 min manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığorta üzrə ödənişlərinə gəldikdə isə cari ilin ilk 2 ayında bu sığorta növü ödənişlər  435 min manat olub. 

Ötən ilin eyni dövründə isə bu göstərici 667 min manat təşkil edib. 

Nəticədə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər 232 min manat və ya 34,78% azalıb.

Tənzilə Ağabalayeva


Seçilən
18
azia.az

1Mənbələr