AZ

FHN: Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir

Bakı ilə yanaşı digər ərazilərdə də suyun çəkilməsi işləri davam etdirilir.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edilib ki, yağışlar nəticəsində Bakıxanov qəsəbəsində suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işləri Fövqəladə Hallar Nazirliyin qüvvələri tərəfindən davam etdirilir:

“Bakı ilə yanaşı, Sumqayıt, Abşeron və Xızı rayonunda suyun təsirinə məruz qalan ərazilərdə suyun çəkilməsi işlərinin həyata keçirilməsi davam etdirilir. Xızı rayonunda köməksiz vəziyyətdə qalan vətəndaşlar ərazidən təxliyə edilir. Bu tədbirlər gecə saatlarında da davam etdirilir və digər təhlükəsizlik tədbirləri görülür".

Seçilən
13
1
apa.az

3Mənbələr