AZ

ABŞ ilə razılaşma üçün vasitəçilərə cavab hazırlandı

Pakistan ABŞ və İran arasında gərginliyin aradan qaldırılması məqsədilə iki mərhələdən ibarət yeni təşəbbüs irəli sürüb.

Milli.Az-ın məlumatına görə, Reuters agentliyi mənbələrə istinadən bildirir ki, İslamabad tərəfindən hazırlanan plan tərəflər arasında artıq müzakirəyə təqdim olunub.

Məlumata əsasən, sənədin ilk mərhələsi hərbi əməliyyatların dərhal dayandırılmasını və atəşkəsin elan olunmasını nəzərdə tutur. Bununla yanaşı, strateji əhəmiyyətə malik Hörmüz boğazının yenidən açılması da əsas şərtlərdən biri kimi irəli sürülüb.

İkinci mərhələdə isə tərəflər arasında genişmiqyaslı sülh razılaşmasının əldə olunması və münaqişənin tam başa çatdırılması planlaşdırılır. Mənbələrin sözlərinə görə, bu prosesin 15-20 gün ərzində yekunlaşacağı gözlənilir.

Həmçinin qeyd olunur ki, təşəbbüsün əsas maddələri aprelin 6-da razılaşdırılmalı, ilkin razılaşma isə Pakistanın vasitəçiliyi ilə elektron formada imzalanacaq memorandum şəklində rəsmiləşdiriləcək.

Milli.Az

Seçilən
4
1
milli.az

2Mənbələr