AZ

İran ABŞ-nin təkliflərini “qəbuledilməz” sayır

İran vasitəçilər üzərindən təqdim olunan təkliflərə cavabını hazırlayıb və zəruri hesab etdiyi vaxt açıqlayacaq.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bazar ertəsi bildirib.

Bəqayi vurğulayıb ki, təhdidlər altında danışıqlar aparmaq mümkün deyil və ABŞ-nin infrastruktur obyektlərini hədəf almaqla bağlı hədələri müharibə cinayəti kimi qiymətləndirilə bilər.

O əlavə edib ki, İran hazırda davam edən hücumlar fonunda əsas diqqətini ölkənin müdafiəsinə yönəldib. Bununla yanaşı, diplomatik proses hərbi fəaliyyətlə paralel şəkildə davam etdirilir.

Nazirlik sözçüsü qeyd edib ki, Pakistan və digər ölkələr vasitəsilə təqdim edilən, o cümlədən ABŞ-nin 15 maddəlik planı “həddindən artıq, qeyri-adi və məntiqsiz”dir və Tehran üçün qəbuledilməzdir.

Mövsüm,

AzNews.az

DİGƏR XƏBƏRLƏR


Warning:Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 95
Seçilən
10
aznews.az

1Mənbələr