AZ

Danışıqlar prosesi dalana dirənə bilər- ÖZƏL

"ABŞ -İran arasında Pakistan və Türkiyənin vasitəçiliyi ilə 45 günlük atəşkəs rejiminin tətbiqi ilə danışıqlar gedir. Danışıqlarda əsasən Hörmüz boğazının açılması əsas müzakirə predmetidir. Əgər, İran danışıqlarda Hörmüz boğazının açılmasına razı olarsa, atəşkəs rejimi təmin oluna bilər. Qeyd edim ki, Avropa ölkələri və bir çox ölkələr üçün Hörmüz boğazı açıqdır. Amma, ABŞ özü Hormiz boğazına nəzarət etmək istəyir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "ABŞ və İran arasında atəşkəs danışıqları polimikadir. Amma, SEPAH atəşkəsə getməsə, İranın mülki infrastrukturu vurulacaq. Həmçinin Xarq adasının götürülməsi istiqamətində hərbi əməliyyatlar başlaya bilər. ABŞ atəşkəsdə maraqlıdır. İran prezidenti də atəşkəsdə maraqlıdır. Amma, SEPAH generalları atəşkəsdə maraqlı deyil. Atəşkəsə gedilməsə, SEPAH tarana getmiş olacaq. Hətta D. Tramp İrana qarşı kiçik kilotoluq nüvə silahından istifadə edib, quru hərbi əməliyyatlara başlaya bilər. Top Oranın qapısındadir. Atəşkəs elan olunsa, hər iki tərəf burada müəyyən dərəcədə qazanmış olacaq. Atəşkəsin əldə edilməsi həssas olaraq qalır, amma mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr