AZ

İsraildə İran casusu həbs edildi

Qüdsdə (İsrailin nəzarətində olan hissəsi - Red.) İrana casusluq etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" yazıb.

Qeyd olunub ki, şübhəli şəxsin 2025-ci il ərzində ölkənin müxtəlif bölgələrində kəşfiyyat məlumatları topladığı ehtimal olunur. Polisin məlumatına görə, o, bunun üçün radio avadanlıqlarından istifadə edib.

Həmin şəxsin öz kuratoru ilə internetdə tanış olduğu və ondan kriptovalyuta ilə ödəniş aldığı bildirilir.

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr