AZ

İnfrastruktur obyektlərini vurmaq hədəsi müharibə cinayətidir - İran XİN

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq, ölkənin mülki infrastrukturuna qarşı yönələn hədələri kəskin pisləyib və bu cür addımların beynəlxalq hüquq müstəvisində ağır cinayət hesab olunduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, nazirlik açıqlamada bildirib ki, hazırkı şəraitdə müxtəlif vasitəçilər vasitəsilə fikir mübadiləsinin aparılması və mesajların ötürülməsi normal bir prosesdir və bu diplomatik əlaqələr davam edir. Bəyanatda qeyd olunur ki, İranın hazırkı prioriteti müdafiədir, lakin müharibə və ya sülh barədə yekun qərar ölkənin konstitusiyasına uyğun olaraq qəbul edilir.

Rəsmi Tehran düşmənin cinayət törədərkən heç bir "qırmızı xətt" tanımadığını xatırladaraq, strateji infrastruktur obyektlərinə hücum hədələrinin birbaşa müharibə cinayəti olduğunu diqqətə çatdırıb. Nazirlik beynəlxalq birliyi bu cür təcavüzkar ritorikalara qarşı hüquqi mövqe nümayiş etdirməyə çağırıb.

Seçilən
0
turkic.world

1Mənbələr