AZ

İrandan ŞOK AÇIQLAMA: “ABŞ elektrik stansiyalarını vursa…”

İran rəsmiləri ABŞ-ın ölkənin enerji infrastrukturuna mümkün hücumları fonunda nikbin açıqlamalar veriblər. İran parlamentinin Enerji Komissiyası Rəyasət Heyətinin üzvü dövlət telekanalına bildirib ki, hətta elektrik stansiyalarına zərbələr endirilsə belə, vətəndaşların elektrik enerjisi ilə təminatı ən azı qismən davam etdiriləcək.

NOCOMMENT.az xəbər verir ki, komissiya üzvü ölkənin enerji sisteminin tamamilə çökmə ehtimalının az olduğunu vurğulayıb. O, bunu İranda “enerji mənbələrinin yüksək diversifikasiyası”, həmçinin enerji sisteminin coğrafi baxımdan geniş əraziyə səpələnməsi və bir-biri ilə sıx bağlı olması ilə əsaslandırıb.

Qeyd edək ki, İranın əsas elektrik stansiyalarının yerləşdiyi xəritəyə əsasən, ölkədə nüvə, qaz, neft, su və günəş enerjisi ilə işləyən müxtəlif növ stansiyalar fəaliyyət göstərir ki, bu da vahid mərkəzdən asılılığı azaldır.

Sara,
NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr